!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, qeyri-neft sektorunun inkişafı ilə bağlı növbəti addımdır” - Deputat

!Reklam – Yazi

“Sumqayıtda tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı ölkəmizdə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının realizəsi baxımından əlamətdar hadisədir”.

Yenicag.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Emin Hacıyev deyib.

E.Hacıyev qeyd edib ki, müəssisənin açılışı Sumqayıtın sənaye potensialının inkişaf etdirilməsi və sumqayıtlılar üçün yeni iş yerlərinin açılması baxımından da əhəmiyyətlidir:

“Bu, ölkəmiz üçün yeni istehsal sahəsidir. Müəssisə daxili tələbatı ödəməklə yanaşı, ixrac edilən məhsullarımızın arasına daha birini əlavə edəcək. Koronavirus infeksiyasının yayılması ilə, məlum olduğu kimi, bütün dünyada dezinfeksiyaedici məhsullara, eləcə də tibbi maska və geyimlərə tələbat artıb.

Belə vəziyyətdə bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq, tələbin artması ilə təklifin qiyməti də yüksəlib. Eyni zamanda, qıtlıq müşahidə edilməyə başlandı. Azərbaycan dövləti pandemiya ilə mübarizənin bütün cəbhələrində olduğu kimi, bu istiqamətdə də çevik qərar qəbul etdi və ən qısa zamanda yerli istehsalı təşkil etdi.

Bu, ölkəmizi idxal asılılığından, valyuta itkisindən xilas etməklə yanaşı, uzunmüddətli dövrdə ixrac səbətimizi də zənginləşdirdi. Nəzərə alsaq ki, bütün dünyada səhiyyə məhsullarına tələbat artacaq, biz bu sahədə istehsal müəssisələrinin qurulmasını strateji addım kimi qiymətləndirə bilərik.

Digər tərəfdən, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Sumqayıtda açılan ikinci müəssisə sumqayıtlılar üçün yeni iş yerlərinin yaradılması deməkdir.

Dövlət başçısının da bildirdiyi kimi, bu müəssisədə çalışanların 95 faizi sumqayıtlılardır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan pandemiya ilə mübarizəni yalnız milli səviyyədə təşkil etmir, qlobal mübarizəyə də əhəmiyyətli dəstək verir:

“Azərbaycan dövləti əhalinin sağlamlığının təmin olunması istiqamətində effektiv addımlar atdı. Bu mənada inzibati qərarları, karantin rejiminin vaxtında tətbiqini, qısa zamanda laboratoriyaların, testlərin alınmasını, eyni zamanda, maska istehsalına başlanılmasını və s. qeyd etmək olar.

Ancaq bu faktı da mütləq deməliyik ki, Azərbaycanın bu bəla ilə mübarizəsi yalnız milli səviyyədə aparılmır, dövlətimiz bu baxımdan qlobal əlaqələndirici rolunda çıxış edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu mövzuya aid ilk zirvə görüşünün – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının videokonfrans formatında Zirvə Görüşünün təşkili, ardınca Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü qlobal əməkdaşlığa çağırış idi.

Dövlətimizin başçısı “qlobal təhlükəyə qlobal cavab” modelini təklif edir və özünəqapanmanın çıxış yolu olmadığını qeyd edir. Dövlətimizin Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizədə iki dəfə ianə ayırması da Azərbaycanın beynəlxalq həmrəyliyinin ifadəsi idi.

Bu günlərdə beynəlxalq təşkilatların, eləcə də ÜST-ün dövlətimizə həyata keçirdiyi missiyaya görə minnətdarlığı Azərbaycana beynəlxalq diqqətin və dövlətimizin nüfuzunun göstəricisidir”.

COP29

www.yenicag.az

752
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv