Bu rayonlarda 17 dərəcə şaxta olub, Bakıda isə…

media-hightechnic-468x90

Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova Yenicag.az-a bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.

İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda  13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.

“Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda  bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600