Zahidə Günəş XƏYANƏTLƏ ÜZLƏŞDİ: “Dözmüşəm, amma görəndə ki…”

media-hightechnic-468x90

“Qarşımdakı adamın yalanını bildiyim halda yenə də susmuşam, dözmüşəm ki, bəlkə qarşımdakı insan vicdana gələ, düz yola qayıda”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zahidə Günəş “Qonaqcanlı” verilişində deyib.

Sənətçi xəyanətə görə sevdiyi insandan ayrıldığını etiraf edib:

“Artıq 2-3 ildir o sevgi bitib. Sevgidə xəyanət, yalan olmamalıdır. Əgər varsa, deməli, o sevgi deyil. O süni həyatı nə qəbul etmərəm, nə də yaşamaram. Ömrüboyu xəyanəti bağışlamaram. Yalanı da bağışlamaram, çünki xəyanət də yalandan doğur. Dostluqda da, işdə də yalan varsa, bu, xəyanətdir.

Aldadılacaq insan da deyiləm. Allahın mənə verdiyi hissdir, qarşımdakının yalan danışdığını dərhal bilirəm. Elə bir zəmanədə yaşayırıq ki, heç kəs heç kimi aldada bilməz. Əgər insan aldanırsa, demək ki, günah özündədir.

Amma yalanı bildiyim halda yenə də susmuşam, dözmüşəm ki, bəlkə qarşımdakı insan vicdana gələ, düz yola qayıda. Lakin yalanını hiss etdiyimi bildiyi halda düz yola qayıtmadı. Mən də demişəm ki, əlvida”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05