Mədinə Məlikdən SƏRT SÖZLƏR: “İndi tərbiyəli qız tapmaq çətindir”
“İndi tərbiyəli oğlanlar çoxdur, amma tərbiyəli qız tapmaq çətindir”.
Yenicag.az xəbər verir ki, bu sözləri prodüser Mədinə Məlik “Öz aramızda” verilişində deyib.
O, müasir qızlarla bağlı qalmaqallı açıqlaması ilə diqqət çəkib:
“Əvvəllər, yəni mənim gənclik illərimdə tərbiyəli oğlan tapmaq çətin idi. Amma tərbiyəli qızlar həddən artıq çox idi. İndi isə tərbiyəli qız tapmaq çətindir. Tərbiyəli oğlanlar daha çoxdur.
Elçi gələndə, oğlan qız istəyəndə şok oluram. 80 faiz qızların birinci sualı bu olur: ‘Maşın, ev, iş var? Pulun nə qədərdir?’. Bir nəfər sual vermir ki, sənin oğlun narkomandır, ya xəstədir? Qızıma baxa, ona sahib çıxa biləcəkmi?”
Nehru












