Bu rəqəm çox dövlətin illik büdcəsindən artıqdır… – DEPUTAT
“Son 5 ildə təxminən 22 milyard manatdan çox vəsait xərclənib. Bu rəqəm çox dövlətin bir illik büdcəsindən daha artıqdır. Azərbaycanın bu gücü olmasa idi əraziləri işğaldan azad etdikdən sonra heç bir iş görə bilməzdi”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
O, bildirib ki, qələbəni əldə etmək kimi onu qoruyub saxlamaq, möhkəmləndirmək də çətin prosesdir.
“Keçən dövr ərzində ölkəmizin qarşısında duran prioritet məsələlər var idi. İlk olaraq işğaldan azad olunan ərazilərdə sərhədlərimizin möhkəmlənməsini təmin etməli idik. İkinci olaraq minadan təmizlənmə işləri aparılmalı idi. Üçüncü mərhələdə isə tamamilə dağıdılmış, yolları belə olmayan ərazilərdə infrastrukturun bərpası nəzərdə tutulmuşdu. Son mərhələdə isə həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyanın təmin olunması ilə bağlı idi.
Sadalanan istiqamətlər üzrə Azərbaycanın iqtisadi potensialından uğurlu və effektiv şəkildə istifadə olundu. Son 5 ildə təxminən 22 milyard manatdan çox vəsait xərclənib. Bu rəqəm çox dövlətin bir illik büdcəsindən daha artıqdır. Azərbaycanın bu gücü olmasa idi əraziləri işğaldan azad etdikdən sonra heç bir iş görə bilməzdi. 30 il ərzində dünyadan tamamilə qopan ərazilərin qısa müddət ərzində canlandırılması sözsüz ki, Azərbaycanın böyük uğurudur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












