“Bu rəqəmlər təqdimat üçün gözəl görünür, amma...” – Natiq Cəfərli DSK-nı TƏNQİD ETDİ
“Orta aylıq əməkhaqqı statistikası sahələr üzrə açıqlanarsa, daha doğru olar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
N. Cəfərli orta aylıq əməkhaqqının son açıqlanan statistikasını tənqid edib:
“Orta aylıq əmək haqqı başqa formada hesablandığına görə nominal əməkhaqqı artımını özündə daha çox ehtiva edir və sahələr üzrə hesablanır. Bunun birbaşa insanlara təsir imkanları çox zəifdir. Orta aylıq əməkhaqqının müəllimlərə nə dəxili var, məsələn?! Ölkədə 270.000-ə yaxın təhsil sahəsində çalışan adam var. Bu daha çox təqdimatlar üçün yaxşı görünən rəqəmlərdir. Bu rəqəmlərin real təsirləri iqtisadiyyatda o qədər də çox deyil. Obrazlı şəkildə desək, bu orta aylıq əməkhaqqı çox az insanı maraqlandıran məsələdir”.
N. Cəfərli qeyd edib ki, artım dinamikasını sahələr üzrə açıqlanması xalq üçün daha vacib sayılır:
“Sahələr üzrə artım dinamikası daha maraqlıdır. Məsələn, hökumət təhsildə, səhiyyədə, kənd təsərrüfatında nə qədər artım olacağını desə daha maraqlıdır, bu daha yaxşı olardı”.
Nurlan Cəfəri