!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu səviyyə bizi qane edə bilməz" - Putinlə Ərdoğanın görüşü başa çatdı

!Reklam – Yazi

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, dar çərçivəli görüşdən sonra geniş tərkibdə də görüş baş tutub. Daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış ediblər

Qardaş ölkə prezidenti  Türkiyə və Rusiya arasında münasibətlərin bu qədər yüksək səviyyəyə qalxmasından məmnun olduğunu bildirib: “Əlbəttə ki, bu səviyyə bizi qane edə bilməz. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər”.

Prezidentin sözlərinə görə, tərəflər müdafiə sənayesi sahəsində birgə addımlara xüsusi əhəmiyyət verir. Ərdoğan həmçinin Türkiyə və Rusiya arasında iqtisadi sahədə mövcud olan əlaqələrə diqqət çəkib: “İkitərəfli əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılmasına nail olmaq üçün ilk növbədə viza məsələsi də daxil olmaqla sahibkarların yolunda olan bütün əngəlləri aradan qaldırmaq lazımdır. Bununla əlaqədar iki ölkə arasında vizasız rejimə qayıtmaq lazımdır”.

 

COP29

www.yenicag.az

1759
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv