Bu şəxslərin Azərbaycandan çıxışına qadağa qoyuldu

media-hightechnic-468x90

146708_res_01Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib.

Bu barədə virtualaz.org-a nazirlikdən bildirilib.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən, vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir”, – deyə nazirlikdən qeyd edilib.

Nazirlikdən bildirilib ki, 248 nəfər fiziki, 90 nəfər isə hüquqi şəxsin – icra orqanları rəhbərlərinin vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.

Yenilənmiş siyahı ilə aşağıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz.

 

http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600