"Bu silahın Ukraynaya verilməsindən Rusiya çox narahatdır" - ŞƏRH

media-hightechnic-468x90

“Məhz bu raketin Ukraynaya verilməsindən Rusiya çox narahatdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq ABŞ tərəfindən Ukraynaya dağıdıcı “Tomaqavk” raketlərin verilməsi haqqında danışaraq bu raketin Rusiyaya vuracağı zərərdən bəhs edib:

“ABŞ-nin Ukraynaya “Tomaqavk” raketlərini verməsi Rusiyada kifayət qədər narazılıqla qarşılanan bir məsələdir. Bu raket açıq şəkildə Rusiyanın daxilindəki hədəfləri vurmaq üçün istifadə olunacaq. Həm uzaqmənzilli raketdir, həm də dağıdıcı gücü olduqca böyükdür və Rusiyanın hərbi sənaye kompleksi tərəfindən xüsusi diqqətə alınan raketdir. Böyük ehtimalla bu silahların verilməsinin ardı da olacaq. ABŞ əvvəllər Ukraynaya vermədiyi daha böyük kalibrli silahların verilməsi üzərində işləyəcək. Buna əsas səbəb də Rusiyanın kompromisə getmək istəməməsidir. Tramp nə qədər Ukraynada danışıqlara nail olmağa çalışsa da Rusiya bu varianta yaxınlaşmır. Düşünürəm ki, bu tip silahların Ukraynaya verilməsi məhz Rusiyanın daxilindəki dərinliklərə zərbə endirməyə şərait yaradacaq və Moskvanın Ukraynaya dağıdıcı zərbələr endirməsinin qarşılığı veriləcək”.

Əmrəliyev qeyd edib ki, bu raket sayəsində Rusiyanın Lvova endirdiyi ağır dağıdıcı zərbələrin eynisini öz sərhədləri içərisində yaşaya bilər:

“Rusiyanın son dövrlərdə Ukraynaya endirdiyi dağıdıcı zərbələr, xüsusilə də Lvova endirdiyi zərbə müharibənin taleyini daha da gərginləşdirdi. Çünki, indiyəcən Kiyev və Lvova belə böyük ölçüdə zərbə endirilməmişdi. Rusiya bu şəhərlərdəki enerji infrastrukturu və sənaye obyektlərini hədəfə almışdı. Məhz buna görə də ABŞ Ukraynaya dağıdıcı raketlərin verilməsini davam etdirəcək və yaxın gələcəkdə Ukrayna artıq Rusiyanın daxilinə dağıdıcı zərbələr endirəcək ki, bu da müharibənin gedişatına çox böyük təsir göstərəcək amildir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa