!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şüalardan özünüzü qoruyun – Mütəxəssisdən məsləhətlər

!Reklam – Yazi

“Günəş işığında olan ultrabənövşəyi şüalar var ki, uzun müddət həmin şüalar dəriyə düşərsə, bu zaman dəri qırışıqlıqlarına səbəb olur, eyni zamanda, dəridə iltihablanma və onun müdafiə sistemini tamamilə zəifləməsinə gətirib çıxarır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yay aylarında Günəş şüalarının dəriyə verdiyi xeyir və zərərlərdən danışan sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, yay fəsli gəldikcə insanlar daha sağlam olmaq, D vitamini ilə orqanizmi zənginləşdirmək, bəzən də dərilərini tünd rəngdə etmək üçün günəş şüalarından daha çox istifadə edirlər:

“Birinci növbədə bilmək lazımdır ki, orqanizmin sağlamlığı və immun sisteminin güclənməsi üçün Günəş şüaları çox faydalıdır. Lakin onun zərərinə uğramamaq üçün düzgün miqdarda və saatlarda günəş şüalarını qəbul etmək lazımdır. Günəş işığında olan ultrabənövşəyi şüalar var ki, uzun müddət həmin şüalar dəriyə düşərsə, bu zaman dəri qırışıqlıqlarına səbəb olur, eyni zamanda, dəridə iltihablanma və onun müdafiə sistemini tamamilə zəifləməsinə gətirib çıxarır. Yaşlanmanı sürətləndirir və dərini xaricdən örtən epitel qapını daha da həssaslaşdırır. Bir çox hallarda dəri yanıqları əmələ gəlir ki, bu əgər davamlı olaraq Günəş şüalarına məruz qalan insanlarda dəri xərçənginə qədər gətirib çıxara bilər”.

Mütəxəssis qeyd edib ki, günəşin faydaları olduğu qədər onun zərərləri də var ki ona mütləq diqqət etmək lazımdır:

“Yaxşı olar ki, insanlar gün ərzində fasilələrlə, xüsusilə səhər saat 12-nin yarısına və 4-ün yarısından sonra, 15-20 dəqiqəni keçməmək şərti ilə Günəş şüaları altında olsunlar. D vitaminindən yararlanmaq üçün isə dəriyə Günəşdən qorunmaq üçün krem çəkilməmək şərti ilə bədənin çox hissəsini açaraq, Günəş şüaları almaq lazımdır. Xüsusilə də diz və dirsəklər açıq olmalıdır. Bu da D vitamininin alınması üçün çox faydalıdır. D vitamini qəbul etmək sümük əriməsinin qarşısını alır, dəridə səpkilərin tez sağalmasına kömək edir və göz sağlamlığı üçün faydalıdır. Lakin dediyim vaxtlardan uzun müddət Günəş şüaları altında qalınarsa, bu zaman orqanizm daha çox zərər görür, dəridə yanıqlar və ləkələr əmələ gəlir və qırışıqlar artır ki, bunlar da davamlı şəkildə bədəndə qala bilər. Ona görə də bu müəyyən vaxt keçdikdən sonra dərini özünü müdafiə etməsi tamamilə aradan çıxararaq, insanların daha allergik, həssas olmasına və xaricdən gələn hər hansı virus və bakteriyaya yoluxma riski artır. Günorta saatlarında günəş altında qaldıqda baş ağrısı, ürəkbulanma, qusma, yüksək temperatur, tərləmə və əsəb sisteminin pozulması halları da baş verə bilər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv