Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu terakt Rus Pravoslav Kilsəsinin məsuliyyətini artırmalıdır” – Salih Yılmaz

“Tarrant terror aktını əvvəlcə Türkiyə və Şərqi Avropada törətməyi düşünüb”.

Yenicag.az xəbər verir ki, türkiyəli politoloq Salih Yılmaz martın 15-də Yeni Zelandiyada iki məsciddə törədilmiş qanlı terror aktından sonra Rus Pravoslav Kilsəsini bu məzhəbə mənsub radikal qrupların fəaliyyətinə nəzarəti artırmağa çağırıb:

“Rus Pravoslav Kilsəsi sağ radikal qrupların fəaliyyətinə nəzarəti artırmaq üçün əlavə tədbirlər görməlidir. Çünki Yeni Zelandiyada törədilmiş terror aktı Pravoslav Kilsəsinin üzərinə məsuliyyət qoyur.

Patriarx Kiril pravoslavlarla müsəlmanlar arasında uyğunluqların olduğunu desə də, o, pravoslav radikal qrupların Qərbin əlində alətə çevrilmələrinin qarşısını almaq üçün əlavə addımlar atmalıdır.

Qərb eyni qaydada İŞİD-i İslam dünyası ilə assosiasiya etdirməyə çalışır və son hadisələrdən sonra ultrasağ pravoslav qrupları Rus Pravoslav Kilsəsi ilə “bağlamağa” cəhd göstərəcək.

Terror aktını törədən Tarrantın Türkiyə və Şərqi Avropaya səfərləri isə onun qanlı hücumu əvvəlcə həmin regionda həyata keçirməyi düşündüyünü göstərir”.

A.Zeynalov

Loading...

www.yenicag.az

2686
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100