!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nazarbayev dörd ölkə arasında sabitləşdirici faktor idi” – Salih Yılmaz

!Reklam – Yazi

“Nursultan Nazarbayevin istefa qərarı postsovet məkanı və yaxın xaric üçün ciddi əhəmiyyət daşıyır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin istefasını dəyərləndirən türkiyəli politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, Nazarbayevin nüfuzu Mərkəzi Asiyada böhranın dərinləşməsinə imkan verməyib:
“Nursultan Nazarbayevin istefası bir çoxları üçün gözlənilməz olsa da, o bu addımının anonsunu əvvəlcədən vermişdi. Nazarbayevin istefa qərarı postsovet məkanı və yaxın xaric üçün ciddi əhəmiyyət daşıyır.

Nəzərə almaq lazımdır ki, məhz Nazarbayevin sayəsində Qazaxıstan Rusiya, Çin, Türkiyə və ABŞ arasında sabitləşdirici faktora çevrilib.

Adlarını çəkdiyim ölkələr təbii sərvətlərlə zəngin olan Qazaxıstana iri həcmdə investisiyalar yatırıblar və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Qeyd olunan səbəblərə görə qlobal rəqabətdə sabitləşdirici faktor rolunu oynayan Qazaxıstanla xoş münasibətlərin qurulmasını əksər dövlətlər arzu edir”.

A.Zeynalov

COP29

www.yenicag.az

3285
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv