!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu toyuqları almayın - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Ölkəmizdə ət və ət məhsulları içərisində toyuq ətinə xüsusi tələbat var. Broyler toyuğu alarkən hər bir istehlakçı diqqətli olmalıdır. Təzə və dondurulmuş broyler toyuğu alarkən xarici görünüşünə diqqət etmək vacibdir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat açıqlayıb.

Qeyd olunub ki, toyuğun dərisinin səthi qüsursuz olmalı, qan ləkəsi, qızartı, qara, qəhvəyi rəngdə ləkə, çil, epidermisin xallanması, yanmış forması olmamalıdır.

Üzəri quru, təmiz olmalı, yapışqan, selikli olmamalıdır. Bundan əlavə, ətin spesifik qoxusuna, rənginə diqqət etmək lazımdır. Ətin qablaşdırılması əzilmiş, zədələnmiş və cırılmış, qabda qan yığını, qırmızı buz kristalları olmamalı, mayeni çəkməsi üçün xüsusi döşəkcik yerləşdirilməlidir.

Üzərində barkodu, əmtəə nişanı, məhsulun adı, istehsal və son istifadə tarixi, standartın nömrəsi, istehsalçı müəssisənin adı aydın şəkildə qeyd olunmalıdır.

İstehsal sahəsindən alıcının mətbəxinə qədər soyuq zəncirin tələbləri gözlənməlidir. Yəni istehsal olunduğu yerdə, daşındığı maşında və satıldığı ticarət obyektində soyuducuda saxlanmalıdır.

Dondurulmuş toyuq tam dondurulmuş vəziyyətdə, – 18 dərəcə temperaturda saxlanılmalıdır.

Alıcılar məhsul alarkən ticarət obyektlərindən sertifikatının olub-olmadığını tələb edə bilərlər.

www.yenicag.az

3263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv