Bu universitetin adı dəyişdirilir

media-hightechnic-468x90

“Ölkədə bəzi universitetlər artıq daha yığcam, yaddaqalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır”.

Yenicag.az xəbər verir ki, bu sözləri ADNSU-nun rektoru, dosent Rüfət Əzizov AzEdu.Az təhsil portalına müsahibəsində bildirib.

“Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə Azərbaycan Sənaye İnstitutu – “Azİİ” adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. “Azİİ” brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq”, – deyə o bildirib.

Rektor onu da qeyd edib ki, məqsəd universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir. “AZİ Universiteti” adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600