Bu xəstəxanaya yeni direktor və baş həkim təyin edildi
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini – baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub.
V.Qurbanov bu gün yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, bundan öncə həmin xəstəxananın direktoru Fariz Babayev idi. O öz ərizəsi ilə işdən azad edilib.













