!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yağlar mühərrikin qorunmasını təmin edir - SİYAHI

!Reklam – Yazi

“Təcrübə-Sənaye Zavodunda istehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir. Bu gün güclü elmi və texnoloji potensiala malik olan zavodda ilk vaxtlar gəmi və teplovozlar üçün M14, M16 yağları, daha sonra köhnə dizel mühərrikli, aşağı sürətli nəqliyyat vasitələri üçün yerli xammal bazası əsasında SAE 15W40 CD yağı istehsal olunurdu. Hazırda müəssisədə müasir nəqliyyat vasitələri üçün MDB məkanında istehsal edilən məhsullarla tam rəqabət apara bilən SAE 15W40 CI-4, 15W40 CB, 10W40 CF-4/SG, 10W-40, 5W40, 5W30 və s. kimi bütün növ mühərrik yağları istehsal olunur”. 

Yenicag.az xəbər verir ki, bunu AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanova zavodun işindən və istehsal etdiyi yağların keyfiyyətindən danışarkən deyib.

O, bildirib ki, əsası 1974-cü ildə qoyulan TSZ-nin əsas fəaliyyət istiqamətlərinə elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında innovativ texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, bu proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışı daxildir.

Dünya standartlarına tam cavab verən məhsulların istehsalını həyata keçirən zavodda sənayeyə qədərki eksperiment və sınaq işlərinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.

TSZ Azərbaycanla yanaşı, dünyanın bir sıra elm və təhsil müəssisələri ilə geniş elmi-texniki əlaqələr quraraq əməkdaşlıq müqavilələri imzalayıb. Birgə əməkdaşlıqlar nəticəsində pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılıb. Zavodda çoxlu sayda yeni texnologiya təcrübə-sənaye miqyasında mənimsənilərək respublikamızın iri sənaye müəssisələrində tətbiq olunub.

Beynəlxalq standartlara cavab verən, yüksək yağlayıcı və antifriksion xüsusiyyətlərə malik olan bu yağlar müxtəlif istismar şəraitlərində mühərrikin etibarlı qorunmasını təmin edir. Zavodda 20-dən çox mineral baza əsaslı, eləcə də yarı sintetik yağlar istehsal edilir. Yağların satışı tender vasitəsilə dövlət müəssisələrinə, eləcə də daxili bazarda müqavilə əsasında şirkətlər üçün həyata keçirilir”.

“Zavod Elmi-Tədqiqat Sınaq Laboratoriyası”nda TSZ-də hazırlanan məhsulların keyfiyyətinə nəzarət, onlara vaxtında texniki sənədlərə müvafiq pasportların verilməsi, DÜST, ASTM, və s. sənədlərə uyğun olaraq xammalların və yarımfabrikatların keyfiyyətinə analiz və nəzarət həyata keçirilir. Laboratoriyaya daxil olan nümunələr “EVAPORATİON GREASES BATH 2050”, “AUTOMATED CLEVELAND OPEN CUP FLASH POİNT TESTER / ACO-8”, “PETROLEUM CENTRİFUGE ROTOFİX  46H”, “TOTAL SEDİMENT 1150”, “POUR POİNT NEW LAB 300/2” və digər cihazlar vasitəsilə analiz olunur. Burada sürtkülərin və sürtkü yağlarının buxarlanmasının, neft məhsullarının açıq putada alışma temperaturunun, sürtkü yağlarında mexaniki qarışıqların, mayelərin kinematik özlülüyünün, eləcə də yağların rənginin təyin olunması həyata keçirilir.

Hazırda Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri və texnoloqları bu müəssisədə dünya standartlarına cavab verən, tam sintetik yağların hazırlanması istiqamətində məqsədyönlü işlər aparırlar. Əsas məqsəd Azərbaycanda artıq ciddi problemə çevrilmiş saxta və keyfiyyətsiz sənaye və mühərrik yağlarının satışının qarşısının alınması, yüksək keyfiyyətli, ixrac potensiallı məhsulların istehsal olunmasıdır”.

 

 

www.yenicag.az

947
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv