Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu yolda hərəkət məhdudlaşdı

imagesBu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

“Report”un məlumatına görə, magistralın 38, 40 və 48-ci kilometrliklərində nəqliyyatın hərəkəti məhdudlaşıb. Belə ki, yağan qardan sonra, yolların buz bağlaması sürücüləri çətin duruma salıb.

Daha çox çətinlik isə magistralın Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları səhər saatlarından başlayaraq sözügedən ərazidə gücləndirilmiş iş rejiminə keçib. Bundan başqa, yolun qardan təmizlənməsi üçün Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Magistral qar və buzdan qismən təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir, havanın tempuraturu -4 dərəcədir.

www.yenicag.az

205