!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yoxlamaların dayandırılması gömrük auditinə şamil olunmayacaq - FƏRMAN

!Reklam – Yazi

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, fərmanda qeyd edilir:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11, maddə 1997; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 548 nömrəli, 27 fevral tarixli 550 nömrəli və 7 mart tarixli 575 nömrəli fərmanları) 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin”.

Bu dəyişikliklərlə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması artıq gömrük auditinə şamil olunmayacaq.

www.yenicag.az

3705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv