Bulvarda karusellər yığışdırılır

media-hightechnic-468x90

82124“Bu yaxında Dənizkənarı Milli Parkda atraksionlar yığışdırılacaq”.

Bu barədə  Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

O bildirib ki, köhnə, istismar müddətini başa vuran karusellər yığışdırılacaq, bunun əvəzində Bulvara yeni, müasir standartlara cavab verən atraksionlar gətiriləcək:

“Artıq bununla bağlı danışıqlar aparılır. Ümumiyyətlə karusellərin gətirilməsi çətin prosesdir. Müqavilə bağlanılır, avadanlıqlar gətirilir, quraşdırılması vaxt aparır. Odur ki, dəqiq vaxt demək mümkün deyil. Amma onu deyə bilərəm ki, yaxın bir neçə ay ərzində iki və ya üç karusel quraşdırılacaq”.

Bulvar İdarəsinin yarandığı gündən atraksionların Avropa ölkələrindən sifariş olunduğunu deyən N.Məcidov əlavə edib ki, son 6 ildə karusellər əsasən Almaniya, Niderland Krallığı və İtaliyadan gətirilir.

Bulvar İradəsində bütün karusellərin sığortalanmasının da qüvvədə qaldığını deyən rəis müavini hələ ki, xoşagəlməz halın olmadığını söyləyib.(aznews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600