“Buna bax, bu da şişirtdi” – Mətanət Əliverdiyeva onu tənqid edənlərə CAVAB VERDİ
“Mənə yazırlar ki, buna bax e, bu da dodağını şişirtdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mətanət Əliverdiyeva müəllif proqramında deyib.
Aparıcı sosial şəbəkələrdə ünvanına yazılan tənqidi rəylərdən bəhs edib:
“Mənə yazırlar ki, buna bax e, bu da dodağını şişirtdi. Ay camaat, mən dodağımı şişirtməmişəm. Anadangəlmə üst dodağım nazik olub, alt dodağım isə gördüyünüz kimi belədir. Heç nə etdirməmişəm, olanım budur.
İkincisi isə, nə vaxtsa lazım gələrsə, mən də estetik əməliyyat etdirəcəm. Burada qeyri-adi nə var ki? İndi hamı etdirir evdar xanımlar da, digər peşə sahibləri də… Lap yaxşı da edirlər. İnsan həm özü, həm həyat yoldaşı, həm də övladları üçün gözəl görünmək istəyir”.
Nehru












