“Bunu diktatorlar belə etməyib” – Kolumbiya prezidentindən Trampa SƏRT REAKSİYA

media-hightechnic-468x90

ABŞ-ın Venesuela dövlət başçısı Nikolas Maduronu mühakimə etmək üçün oğurlaması Latın Amerikasındakı digər ölkələri təşvişə salarkən, ən sərt reaksiyalardan biri Venesuelanın qərb qonşusu Kolumbiyadan gəldi.

Yenicag.az xəbər verir ki, Boqota rəhbərliyi şənbə günündən etibarən üçtərəfli strategiyanı qüvvəyə mindirib. Karakas mərkəzli “TeleSUR”un xəbərinə görə, bu strategiyanın birinci mərhələsi diplomatiyadır. Şənbə günü keçirilən fövqəladə təhlükəsizlik sammitindən sonra açıqlama verən müdafiə naziri Pedro Sançes bildirib ki, bu proseslə bağlı Kolumbiya Prezidenti Qustavo Petro məsuliyyət daşıyır.

İkinci mərhələ humanitar yardımdır. Sançes Venesueladan gələn miqrantlara Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasının İdarəetmə İşləri üzrə qurumunun dəstək göstərəcəyini qeyd edib.

Üçüncü mərhələ isə təhlükəsizlikdir. Müdafiə Nazirliyi Kolumbiya–Venesuela sərhədində fəallıq göstərən Milli Azadlıq Ordusu (ELN) gerillaları da daxil olmaqla, mümkün təhdidlərə qarşı “maksimum güc” tətbiq ediləcəyini açıqlayıb. Belə ki, iki ölkə arasında təxminən 2 min 220 kilometrlik quru sərhədi Karib dənizindən Amazon meşələrinə qədər uzanır.

Digər tərəfdən, Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verib. Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə gündəmi dəyərləndirən ABŞ prezidenti Meksikanın narkotik kartelləri tərəfindən idarə olunduğunu iddia edib. Tramp Kolumbiya haqqında həm “xəstə bir ölkə” ifadəsini işlədib, həm də “Kolumbiya əməliyyatı qulağa xoş gəlir” deyib.

Kolumbiya lideri Petro, Trampın bu sözlərinin tərcüməsini yoxladıqdan sonra bu “qanunsuz təhdidə” cavab verəcəyini bildirib. Petro “X” hesabında yazıb ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə bənzər bir addımı dünya tarixində “diktatorlar” belə atmayıb. O, İsrailin hazırkı baş naziri ilə yanaşı, keçmişdə Almaniya, İspaniya və Portuqaliyaya rəhbərlik etmiş liderlərə diqqət çəkib:

“Netanyahu da, Hitler də, Franko da, Salazar da bunu etməyib”.

Petro Venesuelanın hədəfə alınmasını nasistlərin Gernikaya hücumu ilə müqayisə edərək, “Dostlar bombalamaz” deyib. 65 yaşlı solçu lider Cənubi amerikalıların baş verənləri unutmayacağını bildirərək, “Yaramız uzun müddətdir açıqdır. Latın əcdadlarımız bizə ‘intiqam’ deyə pıçıldasa da, intiqam dalınca düşməməliyik” ifadələrini işlədib.

Petro bütün Latın Amerikası prezidentlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb və bəzi liderləri xarici hökumətlər qarşısında baş əyməkdə ittiham edib.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa