Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcək? – AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün keçirilən buraxılış imtahanlarının nəticələrinin məlum olacağı vaxtı açıqlayıb.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, iyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.