Təhsil eksperti: “Bu qərar şagirdlərin milli kimlik şüuruna ciddi təsir edəcək”

media-hightechnic-468x90

Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə “Azərbaycan tarixi” fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud və perspektivlər” adlı konfransda çıxış edərkən məlumat verib. Nazir həmçinin “Azərbaycan dili” fənninin tədris saatlarının artırılması ilə bağlı işlərin görüldüyünü bildirib.

Mövzu ilə bağlı Yenicag.az-a təhsil eksperti Elmin Nuri açıqlama verib.

media-elmin6-2

O, “Azərbaycan tarixi” fənninin yalnız dil amili baxımından deyil, həm də şagirdin şəxsiyyət kimi formalaşmasına təsir mexanizmi baxımından xüsusi əhəmiyyəti olduğunu deyib.

“Azərbaycan tarixi fənninin məzmun standartlarında və daxili qatında elə vacib məsələlər əks olunub ki, bunlara tarixi biliklərin təhlili, onların mənimsənilməsi və həmin biliklər əsasında qərar vermək bacarığı kimi mühüm istiqamətlər daxildir. Bu faktorlar fərdin düşüncəsinə, milli kimlik şüurunatəfəkkürün formalaşmasına ciddi təsir göstərir. Məhz buna görə də fənnin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.”

Ekspert qeyd edib ki:

“Dil amili təhsil prosesi ilə birləşdikdə isə milli şüura təsir mexanizmi ikiqat güclənir. Məhz buna görə də bu məsələ son dərəcə vacibdir.”

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa