Buryatiyada qar uçqununda 3 turist həlak olub
Yenicag.az Apa-ya istinadən xəbər verir ki, yeddi nəfərdən ibarət alpinist qrupu “26-cı partiya qurultayı” adlanan aşırım yaxınlığında hərəkət edərkən güclü qar uçqunu altında qalıb.
Qrup üzvlərindən üç nəfər xilas ola bilib, dörd nəfər isə itkin düşüb. Daha sonra aparılan axtarış əməliyyatları nəticəsində üç turistin meyiti aşkar edilib. Rəsmilər itkin düşən digər alpinistin də uçqun altında ola biləcəyini istisna etmir.
Xilasedicilər ərazidə əməliyyatları davam etdirir. Çətin hava şəraiti və dağlıq relyef axtarış işlərini çətinləşdirir.
Hadisə ilə bağlı araşdırma aparılır.













