!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bütün dünya 6 yaşlı Təranədən danışır – Yeni VİDEO

!Reklam – Yazi

7 yasli qizzBir neçə ay öncə Bakıda Respublika Neyrocərrahiyyə xəstəxanasında 7 yaşlı qızın başında unikal əməliyyat həyata keçirilib. Əməliyyat zamanı Təranə Hacıyeva adlı uşağın başından nəhəng ölçülü exinokok kista çıxarılıb. Əməliyyatın telefonla çəkilən videogörüntüləri bütün dünyaya yayılıb. Bu gün də sosial şəbəkələrdə həmin əməliyyatın kadrları paylaşılır.

Hazırda sözügedən əməliyyatdan 7-8 ay keçir.

https://youtu.be/qwfFcjet3Fo

AzVision.az Təranənin vəziyyəti ilə maraqlanaraq həmin əməliyyatı həyata keçirən həkim-neyrocərrah Bəhman Yadigarovla əlaqə saxlayıb.

B.Yadigarov hazırda Təranənin vəziyyətinin yaxşı olduğunu deyib: “7 yaşlı Təranə üzərində əməliyyatı bu ilin fevral ayında həyata keçirmişəm. Bütün dünya sosial şəbəkələr vasitəsi ilə həmin videoya baxıb. Mənə çox saylı təşəkkür məktubları göndərilir. Qeyd edim ki, həmin əməliyyat 6 saat davam etmişdi. Əməliyyatı əks etdirən 3 dəqiqəlik video isə bütün internetə yayılıb”.

Həkimin sözlərinə görə, kistanı çıxardıqdan sonra qızın beynində böyük bir boşluq əmələ gəlib: “Mənə çoxlu suallar verilir ki, o boşluğun yeri necə doldu? Uşaqların beynində inkişaf sürətlə gedir. Əvvəlcə ora beyin suyu toplanır. Daha sonra isə beyin yığılır. Bir neçə gün öncə isə Təranənin beynini yenidən tomoqrafiyadan keçirdik. Görünür ki, həmin boşluq bütün beyin toxuması ilə dolub. Orada boşluq qalmayıb. Təranə ilə yaxın günlərdə görüşmüşəm. Vəziyyəti tam normaldır. Heç bir şikayəti yoxdur. Təranədə əməliyyatdan qabaq olan bütün nervoloji çatışmazlıqlar tam bərpa olunub. Onun görmə və yerimə problemləri tam aradan qaldırılıb. O, artıq öz yaşıdlarından heç nədə geri qalmır”.

Təranənin əməliyyatdan sonra yeni videosunu təqdim edirik:

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv