Bütün məscidlərdə yanğın qurbanlarının xatirəsinə dualar oxunur

media-hightechnic-468x90

94966_res_01Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğında dünyasını dəyişmiş həmvətənlərimizə Allahdan rəhmət diləyir, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

QMİ-dən verilən xəbərə görə, başsağlığında bildirilir ki, bu hadisə zamanı həlak olmuş insanların faciəvi itkisi hər birimizin qəlbini ağrıdır. Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, hər birimizə Allahdan səbr, yaralılılara Uca Yaradandan şəfqət arzulayırıq. Bu günlər Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.

Uca Allah xalqımızı və dövlətimizi hər cür bəla və fəlakətlərdən hifz etsin! Amin!(salamnews).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600