!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BVF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı PROQNOZ

!Reklam – Yazi

Azərbaycan 2021-ci ildə ÜDM-in artım tempi 2% təşkil edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq.

Bundan başqa, sənəddə deyilir ki, 2020-ci ildə Azərbaycanda illik inflyasiya 3%, 2021-ci ildə isə 3,1% təşkil edəcək.

İşsizlik səviyyəsinin isə müvafiq olaraq 6,5% və 5,8% təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, fond  iyunda 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,2% azalacağını, 2021-ci ildə isə 0,7% artacağını gözləyirdi.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb.

 

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv