Byazi Azərbaycan-Qazaxıstan matçından danışdı

media-hightechnic-468x90

“Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimiz alındı”.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş mşqçisi Canni De Byazi Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

İtaliyalı mütəxəssis turnirin startından öncə qrup 2-ciliyi haqqında düşündüklərini bildirib:

“Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz 1-ci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600