C. Cabbarlı adına 161 nömrəli tam orta məktəbin şagirdləri STEAM İnnovasiyalar Mərkəzinə EKSKURSİYA ETDİLƏR – FOTO/VİDEO

media-hightechnic-468x90

C. Cabbarlı adına 161 nömrəli tam orta məktəbin şagirdləri və STEAM müəllimlərinin rəhbərliyi ilə növbəli şəkildə STEAM İnnovasiyalar Mərkəzində maraqlı ekskursiya təşkil edilib.

Yenicag.az xəbər verir ki, ekskursiya zamanı şagirdlər müxtəlif STEAM modullarının məzmununa uyğun ayrılmış fəaliyyət zonaları ilə tanış olublar.

Şagirdlərin ziyarət etdikləri fəaliyyət zonaları arasında “İdeya Emalatxanası”, ”Robotların hazırlanması laboratoriyası”, “Eksponat otaqları” və “Arıların həyatı” zonaları yer alıb.

STEAM müəllimi Rəşad Vəliyev ilə 6A sinfi “İdeya Emalatxanası”nı ziyarət edərək yaradıcı düşünməyi, müxtəlif problemləri həll etməyi və yeni ideyalar yaratmağı öyrəniblər. STEAM müəllimi Türkan Mirzəyeva ilə isə 6C sinfi “Eksponat Otağı”nı ziyarət edərək, fiziki hadisələri əyani şəkildə müşahidə edib və bədənlərini istifadə edərək müxtəlif təcrübələr aparıblar.

Müəllim Nuranə Rzazadə ilə 5A sinfi “Robotlar və Çevrə” zonasına baş çəkərək, robotların ekosistemdə necə fəaliyyət göstərdiyini və ekoloji problemləri necə həll edə biləcəyini öyrəniblər. STEAM müəllimi Aysel Ramazanova ilə 7B sinfi “Biz enerjini tədqiq edirik!” modulunda maraqlı elmi fəaliyyətlərə qatılaraq enerjinin çevrilməsi və saxlanması haqqında nəzəri biliklərini praktik şəkildə tətbiq ediblər.

Sinif rəhbəri Nərmin Bədirxanova ilə 2B sinfi də “Arıların həyatı” adlı modul otağını ziyarət edərək, arıların həyatı, bal istehsalı və təbiətdəki rolu haqqında məlumatlar əldə ediblər. Şagirdlər “Arıbot” adlı kiçik robotla oynayaraq alqoritmik düşüncə ilə tanış olublar.

İkinci növbədə isə STEAM müəllimi Ülviyyə Şükürova ilə 7C sinfi enerji növləri, onun çevrilməsi və saxlanması ilə bağlı maraqlı elmi fəaliyyətlər həyata keçiriblər. Müəllim Tərənə Əmiraslanlı ilə 7A sinfi Eksponat Otağını ziyarət edərək, müxtəlif elmi təcrübələr və interaktiv təqdimatlarla tanış olublar.

STEAM müəllimi Ramilə Hüseynova ilə 6B sinfi “Robotlar və Çevrə” zonasına baş çəkərək, robotların ekosistemə təsirini və təbiətə uyğun işləmə prinsiplərini öyrəniblər. Ülkər Süleymanova ilə isə 4A sinfi “Eksponat Otağını” ziyarət edərək, fiziki və təbiət elmləri ilə bağlı əyani məlumatlar əldə ediblər. STEAM müəllimi Nilüfər Mədətova da 2A sinfi ilə “Arıların həyatı” otağını ziyarət edərək, arıların həyat dövrü, bal istehsalı və təbiətdəki rolu haqqında məlumat əldə ediblər.

Məsimə Məmmədova

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600