Cabbar Musayev ƏSƏBİLƏŞDİ: "Oxuyanlara özləri pul verib verilişə gətirirlər ki..."

media-hightechnic-468x90

“Bəzi verilişləri az qalırlar, özləri o müğənnilərə pu verib dəvət etsinlər ki, gəlib qalmaqal yaratsınlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri bəstəkar Cabbar Musayev “Afaqla Onlar” verilişində deyib.

O, efirlərdə meydan sulayan müğənnilərə səslənib:

“Musiqidən anlayışı olmayanlar, oxuya bilməyənlər sözüm sizədir. Birdən elə bilərsiniz, toylarımız azalıb, ona görə bu sözləri deyirik, xeyr, Allaha şükür toylarımız da, işlərimiz də yerindədir. Sözümüz budur ki, o oxuyanlar əllərinə bayraq alıb bütün televiziyaları gəzirlər və özlərini müğənni kimi hiss edirlər. Bunun da bir səbəbi var, sadəcə olaraq bəzi verilişləri az qalırlar özləri o müğənnilərə pu verib, dəvət etsinlər ki, gəlib qalmaqal yaratsınlar. Oxumaq yoxdur axı…”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa