Cabir Abdullayevdən SƏRT QINAQ: “Bir çıxış yolu var, o da...”

media-hightechnic-468x90

“Hər kəs efirə çıxıb bayağı mahnıları oxuyub, insanların zövqünü korlamasın. Musiqini qorumaq hər birimizin borcudur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xanəndə, Əməkdar artist Cabir Abdullayev deyib.

Xanəndə efirlərdə təbliğ olunan bayağı mahnıların zövqləri korladığını bildirib. O, çıxış yolunu isə bədii şuraların yaradılmasında görüb:

“Bu nə sizin, nə də mənim gücümdədir. İndi sosial şəbəkələr də çox şeyi həll edir. Əvvəllər bir televiziya var idi, hər adam ora çıxa bilməzdi. O kanala çıxmaq üçün müğənnilər illərlə növbəyə dururdular. Hətta sözünü deyən sənət adamları belə ora yaxın gedə bilmirdi. Amma indi dövr dəyişib. Musiqinin bütün janrlarında oxuyanlara böyük hörmətim var. Kimsə musiqimizi layiqincə təmsil edirsə, mən onu alqışlayıram. Allah hamının ruzisini yetirsin, hamıya böyük hörmətim var. İstər muğam ifaçısı olsun, istərsə də estrada, fərqi yoxdur.

Bir yaxın dostum var, bir dəfə mənə dedi ki, efirdə bəzi məsələlərə niyə iradınızı bildirmirsiniz? Şikayətləndi ki, kim nə istəyir, oxuyur, kim ağzına nə gəlir, danışır, atıq onlar evimizin içinə daxil olub, övladlarımızı əlimizdən alır. Yəni uşaqlarımızın zövqü korlanır. Dedim, ay qardaş, vallah, bu, mənim gücümdə olan məsələ deyil. Amma bir çıxış yolu görürəm: bütün telekanallarda bədii şuralar yaradılmalıdır. Telekanal rəhbərləri buna nəzarət etməlidir. Hər kəs efirə çıxıb bayağı mahnıları oxuyub, insanların zövqünü korlamasın. Musiqini qorumaq hər birimizin borcudur. Bütün sənət adamları buna münasibət bildirməlidirlər”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600