Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Böyük Britaniyanın Ali Məhkəməsində ifadə verib.
Yenicag.az xəbər verir ki, o, ifadəsində həbsdə olan Cahangir Hacıyevdən danışıb:
“Ərim 2009-cu ildə kifayət qədər zəngin insan olub. 1997-ci ildə biz evlənən zaman o çox imkanlı idi, kapitalı isə 1990-cı illərin əvvəllərindən artırırdı. Əmlakın alınmasına gəldikdə, bu, ərim tərəfindən həyata keçirilib. Mən daşınmaz əmlakın, bizim ailə evimizin alınması üçün edilən ödənişlər, onların mənbələri və hər hansı digər detallar barədə məlumatım olmayıb”.
www.yenicag.az