Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Canəli Əkbərov doğum günündə zarafatından qalmadı: “Mənlik deyil, apar qaytar”

“80 yaşım tamam olur. Amma bu rəqəmə baxıb gülürəm. Deyirəm ki, apar qaytar, mənlik deyil. Ruhumun yaşı “80”- in yarısı qədərdir …”

Xalq artisti Canəli Əkbərov doğum günündə təəssüratlarını Yenicag.az-la bölüşərkən belə deyib:

Xanəndə aldığı ən gözəl hədiyyədən də danışıb:

“Çox xoşbəxtəm. Dünən prezidentim məni 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi. Bu orden doğum günümə ən gözəl hədiyyə oldu. Aprelin 14-də də yubileyim qeyd olunacaq. Əslində tez olmalıydı. Nazir özü zəng edib, məni təbrik etdi və tədbirin vaxtının dəyişdiyini bildirdi. Xalqımın, dövlətimin mənə və sənətimə verdiyi qiymət, eləcə də onlardan gördüyüm sevgi hər zaman mənim üçün ən gözəl hədiyyə olub. Xoşbəxtəm ki, sevillirəm. Allahdan ən böyük arzum budur ki, verdiyi sağlamlığı əlimdən almasın”.

Cəvahir

www.yenicag.az

281
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100