!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Canəli Əkbərovdan Arif Babayevə SƏRT REAKSİYA: “Barışıq olmayacaq”- ORTALIQ QIZIŞDI

!Reklam – Yazi

Xalq artisti Canəli Əkbərov küsülü həmkarlarından danışıb.

Yeniçağ.az-a açıqlama verən xanəndə bir neçə ay bundan öncə münaqişə yaşadığı həmkarları ilə barışmayacağını deyib:

“Mən özümə söz vermişəm, bir də bu mövzuya qayıtmayacağam. Təbii ki, getdiyim məclislərdə qarşılaşacağıq da. Çünki hamımız sənət adamıyıq. Bu yaxınlarda toy şənliklərinin birində də onlarla qarşılaşdım. Amma danışmadıq. Mən həmin insanlarla münasibəti bitirmişəm”.

Məsələyə xalq artisti Arif Babayevin də münasibətini öyrəndik.

Xalq artisti küsülü həmkarı ilə üz-üzə gəlmədiyini deyib:

“Bir-iki ay bundan əvvəl o dediyiniz adam ağzına gələni danışdı, amma mən cavab vermədim. Elə o vaxtdan da münasibətimiz yoxdur, heç qarşılaşmamışıq da. Ola bilər ki, mənim dəvət aldığım toya o da gəlib. Amma onu görməmişəm. Münsiflər heyətinin qərarı idi, qərarı da özünə bildirdik. O da özündən çıxdı, əsəbiləşdi. Amma düşmən deyilik. Bizimlə danışar da özü bilər, danışmaz da”.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl xalq artisti Canəli Əkbərovla həmkarları Arif Babayev arasında söz atışması olmuşdu. Tərəflər arasında yaranan qalmaqal küsülülüklə nəticələnmişdi. Münaqişəyə xalq artisti Canəli Əkbərovun Muğam Müsabiqəsi layihəsindəki münsif kürsüsündən uzaqlaşdırılması səbəb olub.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv