Canlı yayımda aparıcı ilə aktyor arasında QARŞIDURMA
“Öz aramızda” verilişində aparıcı İsa Şükürovla aktyor Murad İsmayıl arasında qarşıdurma yaranıb.
Yenicag.az xəbər verir ki, buna aparıcının qarşı tərəfə şəxsi sual verməsi səbəb olub.
Aparıcının: “Boşanma haqqında xəbərlər yayılıbsa, susmaq razılıq əlamətidir. Əks halda çıxıb cavab verərsən ki, sən kimsən, xanımım haqqında ‘boşanıb’ yazmısan?” – fikri aktyoru özündən çıxarıb:
“Bilsəydim bu suallara toxunacaqsan, bura gəlməzdim. Ailə mövzusunda danışmağı özümə yaraşdırmıram. Nə ‘hə’, nə ‘yox’ deməmişəm. ‘Hə’ də desəm, ‘yox’ da desəm, hamı vəziyyəti bilir. Ümumiyyətlə, bu barədə efirdə danışmaq istəmirəm. Bu, gizli bir şey deyil, amma efirlik söhbət də deyil. Mən bu barədə danışmamışam və danışanı da qınamışam. Həmişə efirdə aparıcıdan xahiş edirəm ki, şəxsi həyatım barədə sual verməyin. Gedək, efirdən kənarda nə istəsən danışaq. Heç nə ayıb deyil, heç kim də heç nədən sığortalanmayıb. Sadəcə olaraq, şəxsi həyatımla gündəmə gəlmək istəmirəm”.
Nehru












