Canlı yayımda QARŞIDURMA: “Başım çönəndə dədəmi də tanımıram, Mübariz!”

media-hightechnic-468x90

Canlı yayımda Aşıq Mübarizlə müğənni Arzu Mələk arasında kəskin qarşıdurma yaşanıb.

Yenicag.az xəbər verir ki, “Günə uğurla” verilişində qonaq olan müğənni Arzu Mələk Aşıq Mübarizə qarşı sərt ittihamlar səsləndirib. O, Mübarizin onu toya apardığını, lakin zəhmət haqqını vermədiyini bildirib. Mübariz isə əksinə, ona 300 manat ödədiyini iddia edib.

Aşığın bu sözləri müğənnini özündən çıxarıb:

“Dedi ki, Yevlaxda dost toyu var, gedək. Getdik, söz verdi ki, hörmət də olunacaq. Amma etmədi. Getdim, pulsuz oxudum. Mənim başım çönəndə dədəmi də tanımıram, Mübariz! Məni əsəbiləşdirmə!”

Aşıq Mübariz isə həmkarının aqressiv rəftarının əsl səbəbinin fərqli olduğunu açıqlayıb:

“Əsl həqiqəti deyim, hamı bilsin. O, məni rəfiqəsinin toyuna çağırmışdı, getmədim. Dedim ki, həmin gün başqa toyum var. Rəfiqəsi nömrəmi tapıb dedi ki, ‘həmin toyun pulundan ikiqat artıq verəcəm, təki gəl, balamın toyunda oxu’. Getdim oxudum, Arzu buna görə məndən küsüb”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa