!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Casusluqda ittiham olunan Sarkis Qalstyandan XƏBƏR VAR – MTX-nin “podva”lında SAXLANILIR

!Reklam – Yazi

Qarabağ ermənisi Sarkis Qalstyanın Ermənistanda casusluq ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə qərarına qarşı apellyasiya şikayəti təqdim olunub. Müdafiə tərəfi onun günahsız olduğunu bildirir və hökmün ləğv edilməsini tələb edir. Şikayət icraata qəbul edilsə də, məhkəmə iclasları uzun müddətdir ki, təyin olunmur. Məhkəmə proseslərinin təxirə salınmasına səbəb məhbusların müşayiət edilməsi üçün kadr çatışmazlığıdır.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet xatırladıb ki, Qalstyan işğal dövründə – 2018–2023-cü illərdə separatçı rejimdə müxtəlif vəzifələrdə çalışıb:

“O, Şuşa rayon administrasiyası rəhbərinin müavini, rejimin Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və son olaraq, qondarma qurumun “prezident administrasiyası” rəhbərinin müavini olub. İttihama görə, o, 2020-ci ildən xarici dövlət tərəfindən ələ alınıb və “Sarxan” ləqəbi ilə casusluq fəaliyyəti ilə məşğul olub. 2020-2023-cü illərdə xarici xüsusi xidmət orqanının əməkdaşına Qarabağdakı sosial-iqtisadi vəziyyət, əhali arasında əhval-ruhiyyə, hərbi əməliyyatlara münasibət və müharibə zamanı Ermənistanın verdiyi hərbi dəstək barədə məlumatlar ötürdüyü iddia edilir”.

KİV əlavə edib ki, ermənilərin könüllü surətdə Qarabağı tərk etməsindən sonra Qalstyan həyat yoldaşı ilə birlikdə yarım il bölgədə qalıb və yalnız ötən yazda Ermənistana qayıdıb:

“O, Gorus şəhərində saxlanılıb. Məlumatlara görə, məhkəmə hökmü çıxarılana qədər Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasında Qarabağdakı separatçı silahlı qüvvələrin keçmiş komandanı Mikael Arzumanyanla eyni kamerada saxlanılıb. Hökm elan edildikdən sonra o, təkadamlıq kameraya köçürülüb. Bildirilir ki, Qalstyan və onun həyat yoldaşı Qarabağda qalmaq barədə Ermənistan hakimiyyəti ilə razılığa gəliblər və oradan müəyyən məlumatları ötürmək üçün fəaliyyət göstəriblər. Lakin Ermənistana qayıtdıqdan sonra rəsmi İrəvan onlarla bağlı razılaşmanı unudub”.

Rafi Müslümov

www.yenicag.az

88
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv