Ankarada 36-cı NATO Sammiti başladı
Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Müdafiə Sənayesi Forumu öz işinə başlayıb.
Yenicag.az xəbər verir ki, NATO Congresium Konqres Mərkəzində təşkil olunan forumda transatlantik müdafiə sənayesi istehsalının genişləndirilməsi, müdafiə sahəsinə yatırımların artırılması və müttəfiq ölkələr arasında sənaye əməkdaşlığının gücləndirilməsi əsas müzakirə mövzuları olacaq.












