Hazırda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ölkədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla görüşdədir.
Yenicag.az xəbər verir ki, görüş Ankarada keçirilir.
Görüşdə əsas müzakirə mövzusunun Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar olduğu bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən “Zeytun budağı” əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.