Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttində üç erməni əsgər yaralanıb.
Bunu Ermənistan Müdafiə Nazirliyinin hərbi-tibbi idarəsinin rəisi, polkovnik Kamavor Xaçatryan bildirib.
Onun sözlərinə görə, yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, bu gecə cəbhədə baş verən atışmada erməni əsgəri 1996-cı il Ayk Minasyan məhv edilib.