Cəbhənin Xocavənd istiqamətində düşmən ciddi itkilər verir

media-hightechnic-468x90

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib. 

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.

Bölmələrimizin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananlar var. Məlum olub ki, alayın bölmələrdən birinin komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq qaçıb.

Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də artilleriya zərbələri endirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600