Cəfər Cabbarlı adına 161 nömrəli məktəbdə “Bullinqə Son” adlı tədbir keçirildi – FOTO/VİDEO

media-hightechnic-468x90

 

Son illərdə məktəblərdə bullinq (zorakılıq və təhqir) hadisələrinin artması təhsilin və məktəb həyatının əhəmiyyətli məsələlərindən birinə çevrilib. Şagirdlərin psixoloji sağlamlığını qorumaq, qarşılıqlı hörmət və empatiya dəyərlərini aşılamaq üçün məktəblər bu problemə qarşı mübarizə aparmalıdır.

Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəb də bu mühüm məsələyə diqqət çəkərək “Bullinqə Son” adlı tədbir təşkil edib.

Yenicag.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Rəna Hüseynova, direktor müavini Nahid Fərəcov, kimya laboratoriya rəhbəri Xuraman Qəmbərova, Ülviyyə Şükürova, Sevinc İbrahimzadə məktəbin şagird və müəllim heyəti iştirak edib.

media-img_8291

Məktəbin psixoloqu Nərgiz Cavadova tədbir iştirakçılarını salamlayıb və dövlət himninin səsləndirilməsi ilə tədbirə başlanılıb. Daha sonra bullinq mövzusu ilə bağlı çıxış edən Nərgiz Cavadova şagirdləri zorakılıq və təhqirlə mübarizə aparmağa, bu məsələyə daha həssas yanaşmağa çağırıb. Tədbir məktəbin müxtəlif sinifləri tərəfindən maraqlı təqdimatlarla davam edib.

media-34e37b52-f2e8-4260-9a74-9eadb0ff93ca

 

İlk olaraq 6-B sinif şagirdləri real həyatdan götürülmüş bir ssenari əsasında bullinq mövzusunu təqdim ediblər. Bu təqdimat şagirdlərə zorakılıq və təhqirin gündəlik həyatda necə təzahür etdiyini və onlarla necə mübarizə aparılacağını anlamağa kömək edib.

media-img_8289

Ardınca, 7-C sinif şagirdləri fləş-mob nümayiş etdiriblər. Bu rəqs nümayişi, bullinqə qarşı kollektiv mübarizəni daha rəngarəng və aktiv şəkildə göstərməyi hədəfləyib, eləcə də şagirdlərin birgə fəaliyyətinin gücünü vurğulayıb.

media-img_8296

5-B sinif şagirdləri isə bullinqi şagirdlərin gözü ilə səhnələşdiriblər. Bu təqdimat zorakılığın şagirdlər üzərindəki təsirini və onların belə vəziyyətlərdə necə hiss etdiklərini göstərib.

Həmçinin tədbirdə 9-B sinif şagirdləri müəllim bullinqini canlandırıblar. Bu təqdimat müəllimlərin şagirdlərə göstərdiyi nümunələrin əhəmiyyətini vurğulayıb. Müəllimlər yalnız dərs deməklə kifayətlənməməli, həm də şagirdlərin şəxsi inkişafında düzgün nümunə göstərməlidir. Bu canlandırma məktəbdə qarşılıqlı hörmətin və anlayışın təşviqinə töhfə verib.

media-img_8322

Daha sonra 6-A sinfinin şagirdləri “Başlamadan Son Qoymayaq” adlı fləş-mobu təqdim ediblər. Bu təqdimat isə zorakılıq və təhqirin qarşısını almağın nə qədər vacib olduğunu, həmçinin müsbət davranışların təşviq edilməsinin əhəmiyyətini bir daha xatırladıb.

media-img_8327

Tədbirin sonunda musiqi müəllimi Əsmər xanım8-B sinfinin şagirdləri tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib. Videoçarxda şagirdlər zorakılığa qarşı sülh və dostluq mesajları verərək, cəmiyyətə müsbət bir nümunə olmağa çalışıblar.

Məktəbin müəllimi Samirə Abdullayeva isə 3-C sinif şagirdləri ilə birgə “Dostluq Daha Gözəldir” kompozisiyasını təqdim ediblər. Kompozisiya uşaqlar arasında dostluq və qarşılıqlı hörmətin gücləndirilməsinə yönəlmiş bir təşəbbüs olub. Bu təşəbbüs şagirdlərə bir-birlərinə qarşı anlayışlı və mehriban olmağı öyrətməyi, həmçinin müsbət sosial əlaqələrin vacibliyini vurğulamağı məqsəd qoyur.

media-img_8346

 

 

Tədbirin sonunda məktəbin direktoru Rəna Hüseynova təşkilatçılığa görə müəllim və şagird heyətinə təşəkkürünü bildirib. O, hər kəsin bullinq ilə mübarizəyə qatılması gərəkdiyini vurğulayıb və şagirdlərə daha diqqətli olmalarını tövsiyə edib. R. Hüseynova həmçinin bu cür tədbirlərin tez-tez keçirilməsini vacib hesab etdiyini bildirib. Direktor şagirdlərindən bullinqə məruz qalan uşaqların məktəbin psixoloqu ilə əlaqə saxlamalarını və müəllim heyətinin də bu məsələ ilə bağlı daha diqqətli olmasını tövsiyə edib.

 

Məsimə Məmmədova

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600