Cəlilabadda ehtiyatsızlıq can aldı

Cəlilabadda 25 yaşlı gənci elektrik cərəyanı vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki,  bədbəxt hadisə rayonun “İran bazarı” kimi tanınan ticarət mərkəzində baş verib. Belə ki, bazardakı dükanların dam örtüyünü dəyişən ustaya kömək edən rayon sakini, 1994-cü il təvəllüdlü Mürtəza Həsənoğlu yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə o, yerindəcə keçinib.

Gəncin meyiti daxili və xarici müayinə olunduqdan sonra adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.