Cəlilabadda iki maşın toqquşdu: Yaralılar var

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “KaMAZ” markalı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bağırov Aslan Təzəxan oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Report/