Cəlilabadda qan su yerinə axdı

media-hightechnic-468x90

37bcba6864256d9e0cc41b39cdcac326Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə ötən gecə saat 21.00 radələrində Ələt-Astara magistralının 122-ci kilometrliyində, yolun rayonun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Elmar Adil oğlu Ələkbərovun idarə etdiyi “Froland ” markalı kiçik tutumlu yük avtomobili Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Masallı rayon sakini, 20 yaşlı Aslan Azər oğlu İsmayılzadənin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən “Mercedes”in sürücüsü ilə birlikdə sərnişinləri – Masallının Xıl kənd sakinləri, 1986-cı il təvəllüdlü Cəlal Alim oğlu Məhərrəmov və 1987-ci il təvəllüdlü Zamin Abdulla oğlu Abdulayev aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri tərəfindən onların deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobildəki digər 2 sərnişin – Masallı rayon sakinləri Kamran Şükürov və Zamin Nurullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İkin versiya kimi qəzanın yolun buzlu və sürüşkən olması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq baş vermə səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

***
Bakı-Astara yolunun 123-cü kilometrliyində “QAZel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilində olan 3 nəfər sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarmış və aidiyyatı üzrə təhvil veriblər(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600