Cəlilabadda təndirxana yandı

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan təndirxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Təndirxananın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.