Cəlilabadda ana övladının ölümünə səbəb oldu - YENİLƏNDİ

media-hightechnic-468x90

Cəlilabadda yeniyetmənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.

O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə ilə bağlı əlavə şərh verilməyib./Report/

***21:12

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

Yenicag.az-ın verdiyi xəbərə görə hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05