!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadın sabiq icra başçısı ilə bağlı qərar verildi - YENİLƏNDİ

!Reklam – Yazi

Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.

***

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov Səbail rayon məhkəməsinə gətirlib.

Yenicag.az xəbər verir ki, onun barəsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

***

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

www.yenicag.az

989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv