Cəmi 1 səs alan namizəd
Sivasda faytonla seçkiqabağı təbliğat aparan, velosipedlə mitinqə gedən müstəqil millət vəkili namizədi Ahmet Yıldız yalnız 1 səs ala bilib.
Yenicag.az modern.az-a istinadən xəbər verir ki, Yıldızın həyat yoldaşı və uşaqları İstanbulda səsvermə hüquqlarından istifadə ediblər. Parlament seçkilərində bank kreditindən istifadə edərək müstəqil millət vəkili namizədi olan Yıldız özünə xas təbliğat üsullarından istifadə etmişdi.
O, Zara mahalında keçirəcəyi mitinq ərəfəsi 500 lirə qarşılığında razılaşdığı iki adamın sürdüyü faytonla mahalı gəzərək səs istəmişdi. Sivasın Zara mahalında keçən il bələdiyyə başçısı yerinə müstəqil namizədi olaraq girdiyi yerli seçkilərdə yalnız 35 səs ala bilən Yıldız bu dəfə də 10 min lirə bank kreditindən istifadə edərək millət vəkilliyinə müstəqil namizəd olmuşdu.
Seçki əvvəli “Bir evdə 3-4 televiziya var, uşaqlar dərslərini oxuya bilmir. Köhnə sistemi geri gətirəcəyəm. Hər kəs erkən yatacaq, erkən qalxacaq. İnterneti, cib telefonunu bağlayacağam”, -demişdi.