!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəmiyyət qadınların intiharına daha həssas yanaşır, nəinki kişilərin” - Psixoloqdan ŞƏRH

!Reklam – Yazi

“Kişilər daşıdıqları məsuliyyətin öhdəsindən gələ bilmədiyi üçün vicdan əzabı çəkir və sonda çıxış yolu kimi intihara əl atırlar”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, hər il dünyada 1 milyona yaxın insan intihar edir. Bu məlumatda ən maraqlı məqam odur ki, bütün ölkələrdə intihara əl atan insanlar arasında kişilər qadınlarla nisbətdə üstünlük təşkil edirlər. Bu sırada Azərbaycan da istisna deyil. Araşdırmaya əsasən, ölkəmizdə kişilər arasında intihar halları qadınlarla müqayisədə 3-4 dəfə çoxdur.

Kişilərlə müqayisədə qadınlar intihar barədə daha çox düşünsələr də, qiymətləndirmə zamanı intihar riskinin kişilərdə xeyli yüksək olduğu müəyyənləşib. Eyni zamanda, cəmiyyətdə kişilərdən fərqli olaraq, qadınların intihar hallarına yanaşmada yüksək həssaslıq müşahidə edilir.

Psixoloq-təlimçi Vüsalə Əmiraslanova mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, cəmiyyətdə intihar edən şəxslərə yönəlik münasibət bu neqativ tendensiyanın güclənməsinə yol açır:

“İntihar hallarının artmasına əsas səbəb kimi adətən, sosial vəziyyətin pisləşməsi, maddi çətinliklərin mövcudluğu, xəstəliyini müalicə etdirmək üçün imkanın olmaması kimi amillər göstərilir. Ona görə də intihar edən şəxsi müdafiə edənlərin sayı kifayət qədər çoxdur.

Kişilərin intiharında daha çox işsizlik probleminin təsiri görünür. İşsiz insan ailəsini dolandırmaqda çətinliklə üzləşir, daşıdığı məsuliyyətin öhdəsindən gələ bilmədiyi üçün vicdan əzabı çəkir və sonda çıxış yolu kimi intihara əl atır.

Qadınların intiharına yanaşmada isə cəmiyyət tərəfindən, əsasən, onun hansısa günahının olması əsas götürülür. Yəni qadının cəmiyyətdə mövcud olan problemlərini deyil, qadının şəxsi problemlərini önə çəkirlər. Hesab edirəm ki, intihar hallarının qarşısını almaq üçün bu mövzunun ictimailəşdirilməməsinə çalışmalıyıq”.

Gülşən Şərif

www.yenicag.az

1013
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv